Basketbolçularımız Dünya Seriyasında mübarizəyə başladı

Basketbolçularımız Dünya Seriyasında mübarizəyə başladı

Hazırda oxunan: Basketbolçularımız Dünya Seriyasında mübarizəyə başladı

150794

14 avqustda Polşada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Katovitse mərhələsində qrup oyunlarına start verilib. 

Bizim.Media xəbər verir ki, katovitse mərhələsinin əsas qruplarına düşmək uğrunda mübarizə aparan qadın millimiz ilk görüşündə 7-21 hesabı ilə İsrail yığmasına, ikinci oyununda isə 15-16 hesabı ilə Rumıniya millisinə məğlub olaraq mübarizəni təsnifat mərhələsindəcə dayandırıb.

B qrupunda qərarlaşmış təmsilçimiz "Neftçi" isə, ilk görüşündə İtalya millisinə 10-13 hesabı ilə məğlub olub.
"Neftçi" qrupdakı növbəti oyununu Bakı vaxtı ilə saat 18:55 -də Litva seçməsinə qarşı keçirəcək. 

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO