Avarçəkənlərimiz Rusiyadan 3 medalla qayıtdı - VİDEO

Avarçəkənlərimiz Rusiyadan 3 medalla qayıtdı - VİDEO

Hazırda oxunan: Avarçəkənlərimiz Rusiyadan 3 medalla qayıtdı - VİDEO

150616

Rusiyanın Barnaul şəhərində SSRİ İdman Ustası Konstantin Kostenkonun xatirəsinə həsr olunmuş avarçəkmə üzrə beynəlxalq turnir başa çatıb. 

Bizim.Media xəbər verir ki, kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət komandamızın qatıldığı yarışın ikinci günündə idmançılarımız daha bir medal qazanıb.

Əlimurad Hacızadə 15 yaşadək idmançılar arasında bir nəfərlik kanoe qayığında 200 metr məsafədə yürüşlərdə ikinci yer tutub. 

Qeyd edək ki, bu, Əlimurad Hacızadənin turnirdə üçüncü medalı olub.  10-dək ölkədən komandaların mübarizə apardığı yarışın ilk günündə Hacızadə iki növdə qızıl medal qazanıb.

O, bir nəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb.

Həmçinin 2 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşlərdə Əlimurad Hacızadə və Vacib Babayev dueti ən yaxşı nəticə göstərib.


Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO