Bakıda təşkil olunan şahmat üzrə Dünya kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov ağ fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.
Bərabər vəziyyətdə keçən oyunun sonuna doğru Abasov rəqibi qarşısında ardıcıl olaraq çətinliklər yaradıb.
Rəqib yaranan təzyiqin qarşısında səhv gediş edib. Beş saat davam edən partiyanın yekununda Saleh Salem 54-cü gedişdə təslim olmağa məcbur olub.
1/8 finalda ilk partiya Abasovun qələbəsi ilə sona çatıb. Şahmatçılar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:29 / 12.08.2023
Dünya kuboku: Nicat Abasov 1/8 finala qələbə ilə başladı
Hazırda oxunan: Dünya kuboku: Nicat Abasov 1/8 finala qələbə ilə başladı
Hazırda oxunan: Dünya kuboku: Nicat Abasov 1/8 finala qələbə ilə başladı
150556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.