Misli Premyer Liqasının 2-ci turunun "Sumqayıt" - "Sabah" oyunu təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlumata görə, ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən “Sabah” Serbiyanın “Partizan” klubu ilə cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının 2-ci turunun “Sumqayıt”la görüşünün təxirə salınmasını istəyib.
“Sabah” klubunun rəsmi müraciətini, “Sumqayıt” klubunun rəsmi razılıq məktubunu əsas götürən PFL ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq Misli Premyer Liqasının 13 avqust tarixinə nəzərdə tutulmuş “Sumqayıt” - “Sabah” oyununu təxirə salıb.
Görüşün yeni tarixi ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.
Qeyd edək ki, bu görüş avqustun 13-də keçirilməli idi.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:18 / 12.08.2023
"Sumqayıt" - "Sabah" oyunu təxirə salındı
Hazırda oxunan: "Sumqayıt" - "Sabah" oyunu təxirə salındı
Hazırda oxunan: "Sumqayıt" - "Sabah" oyunu təxirə salındı
150540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.