Klublarımızın Konfrans Liqasındakı cavab oyunlarına hakim təyinatları

Klublarımızın Konfrans Liqasındakı cavab oyunlarına hakim təyinatları

Hazırda oxunan: Klublarımızın Konfrans Liqasındakı cavab oyunlarına hakim təyinatları

150450

"Sabah" və "Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər açıqlanıb. 

Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki,  "Partizan" - "Sabah" görüşünü Polşa Futbol Federasiyasından Bartoş Frankovski  idarə edəcək.  

Yan xətdə ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Matçın 4-cü hakimi Patrik Qriçkeviç təyin olunub. 

"Beşiktaş" - "Neftçi"  baş hakimi Avstriya Futbol Federasiyasından Julian Veynberger olacaq.  Ona  Andreas Vitsxniqq və Sara Telek kömək edəcək. Stefan Ebnar isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.  
Qeyd edək ki, avqustun 17-i keçiriləcək "Neftçi" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 21:00-da, "Partizan" - "Sabah" görüşü saat 23:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO