Dünya Kuboku: Şahmatçımız 1\8 finalda

Dünya Kuboku: Şahmatçımız 1\8 finalda

Hazırda oxunan: Dünya Kuboku: Şahmatçımız 1\8 finalda

150436

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 116 final mərhələsinin tay-brek görüşlərinə start verilib. 

Azərbaycan Şahmat Federasiyasından Bizim.Media-ya bildirilib ki, təmsilçimiz Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla karyerasında ilk dəfə Dünya Kubokunun 18 final mərhələsinə vəsiqə qazanıb. 

Nicat Abasovla Pyotr Svidler arasında ilk rapid oyunu bərabərliklə yekunlaşıb. İkinci rapid mübarizəsinin mittelşpilində mürəkkəb vəziyyət yaranıb. Nicat rəqibin piyadasını götürərək P.Svidlerin təşəbbüsünün qarşısını alıb. Sonda təmsilçimiz gözlənilməz taktiki gedişlə ağların məğlubiyyətini rəsmiləşdirib. 
Qeyd edək ki, Dünya Kubokunda 18 final mərhələsinin ilk oyunları sabah baş tutacaq. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO