\

\"Neftçi\" \"Beşiktaş\"a uduzdu - VİDEO 

Hazırda oxunan: \"Neftçi\" \"Beşiktaş\"a uduzdu - VİDEO 

150339

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, turnirdəki təmsilçilərimizdən "Neftçi" də meydana çıxıb. 

Adrian Mutunun komandası Bakıda Türkiyə "Beşiktaş"ını qəbul edib. Qardaş ölkə təmsilçisi ilə oyun İstanbul klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Xatırladaq ki, "Neftçi" indiyədək Avropa kuboklarında bir dəfə Türkiyə təmsilçiləri ilə qarşılaşıb.

2020-ci ilin sentyabrında pandemiya səbəbindən cəmi bir oyundan ibarət olan qarşılaşmada "ağ-qaralar" Bakıda "Qalatasaray"a 1:3 hesabı ilə uduzub və mübarizəni dayandırıb. 

 10 avqust 

UEFA Konfrans Liqası 

3-cü təsnifat mərhələsinin ilk oyunu 

21:00."Neftçi" - "Beşiktaş" (Türkiyə) - 1:3  

Qollar: Vensan Abubakar, 14 (0:1), Cekson Muleka, 22 (0:2), Salih Uçan, 52 (0:3), Kilan Lebon, 79 (1:3) 

Baş hakim: Lukas Fandrix 

Bakı. "Neftçi" Arena" 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO