Şenol Günəş “Neftçi” ilə oyun haqda DANIŞDI 

Şenol Günəş “Neftçi” ilə oyun haqda DANIŞDI 

Hazırda oxunan: Şenol Günəş “Neftçi” ilə oyun haqda DANIŞDI 

149935

Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş yerli mətbuata açıqlamalar verib.  

Bizim.Media xəbər verir ki, 71 yaşlı mütəxəssis mərhələni keçmək istədiklərini bildirib: 

“Rəqib topla yaxşı oynayan texnikalı komandadır. Fubol adına gözəl bir matç olacağını düşünürəm. "Tirana"nın stadionu ilə müqayisədə daha yaxşı ot örtüyü olacağına ümid edirəm. Bizim onlara, onların bizə yadlıq hissi yoxdur.

"Beşiktaş" olaraq bu mərhələni də keçmək istəyirik. Rəqib kim olursa-olsun ciddi yanaşırıq. "Beşiktaş" məharətli, əsalətli və cəsarətli bir komanda olaraq meydanda olacaq. 

Cenk Tosun komanda ilə birlikdə ilk dəfədir ki, məşq edir, ağır zədə keçirib. "Neftçi"yə qarşı oynaması çətin görünür.

Çempionatın ilk matçına qədər vəziyyətinə baxacağıq. Raşid Qezzal fərdi çalışmalara başlayıb. Bir həftə sonra komanda ilə məşqlərdə iştirak edəcək". 

Qeyd edək ki, "Neftçi" ilə "Beşiktaş" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab görüşü isə bir həftə sonra İstanbulda keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO