Messi

Messi "İnter Mayami"nin heyətində ardıcıl 3-cü dubla imza atdı - VİDEO

Hazırda oxunan: Messi "İnter Mayami"nin heyətində ardıcıl 3-cü dubla imza atdı - VİDEO

149768

"İnter Mayami" "Dallas"ı penaltilər seriyasında məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəlib.

Bizim.Media xəbər verir ki, matçın əsas vaxtı 4:4 hesabı ilə heç-heçə başa çatıb, penaltilər seriyasında Mayami “İnter”inin futbolçuları daha dəqiq olub – 5:3.

"İnter Mayami" üçün dubl argentinalı hücumçu Lionel Messi tərəfindən hazırlanıb.

O, 6-cı dəqiqədə Xordi Albanın ötürməsi ilə hesabı açıb, 85-ci dəqiqədə qol vuraraq komandasını heç-heçə edib. Klubda keçirdiyi dörd oyunda yeddi qol vuraraq, ardıcıl üçüncü dubla imza atıb.

Qeyd edək ki, Messi iyulda "İnter Mayami"yə keçib. Son iki ildə o, Fransanın "Paris Sen-Jermen" klubunda çıxış edib. Ümumilikdə Messi ötən mövsüm Fransa çempionatında 32 matçda 16 qol vurub, daha 16 məhsuldar ötürmə edib.
Messi karyerasının böyük hissəsini “Barselona”da keçirib. O, 2020-ci ildə Kataloniya komandasını tərk edib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO