Həndbol üzrə Azərbaycan millisi Avropa çempionatında böyük hesabla uduzdu

Həndbol üzrə Azərbaycan millisi Avropa çempionatında böyük hesabla uduzdu

Hazırda oxunan: Həndbol üzrə Azərbaycan millisi Avropa çempionatında böyük hesabla uduzdu

149739

Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma keçirilib.

Günün ilk matçı "A" qrupunda Bosniya və Herseqovina ilə Litva yığmaları arasında olub. Gərgin mübarizə şəraitində keçən görüş litvalıların 40:37 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca meydançaya "B" qrupunda qərarlaşan İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib - 33:11.

Bu qrupun İsrail - Farer adaları görüşündə "cırtdanlar"ın qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları rəqibini 38:22 hesabı ilə məğlub edib.

Günün son matçında isə Sloveniya komandası Azərbaycan millisinə 58:6 hesabı ilə qalib gəlib.

Sabah Avropa çempionatında daha 4 qarşılaşma baş tutacaq. "A" qrupunda Azərbaycan Bosniya və Herseqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. "B" qrupunda isə Yunanıstan - İsrail və İspaniya - Lüksemburq görüşləri keçiriləcək.
Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO