III MDB Oyunları Gəncədə keçiriləcək

III MDB Oyunları Gəncədə keçiriləcək

Hazırda oxunan: III MDB Oyunları Gəncədə keçiriləcək

149671

Azərbaycanın ikinci böyük şəhəri - Gəncə MDB ölkələrinin üçüncü Oyunlarına ev sahibliyi edəcək. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva məlumat verib.

Qeyd edək ki, MDB ölkələrinin III Oyunlarının 2025-ci ildə keçirilməsi planlaşdırılır. Bundan əvvəl Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev bildirmişdi ki, ölkə rəhbərliyi yarışın layiqli səviyyədə təşkilini təmin etməyi gözləyir.

"MDB ölkələrinin üçüncü Oyunları Gəncə şəhərində keçiriləcək. Bu, Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəridir, orada yeni müasir kompleks tikilir. Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. Şurada format müzakirə olunacaq. İstənilən ölkə daha çox inkişaf etmiş idmana önəm verir. Düşünürəm ki, biz əsas olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi qeyri-olimpiya idman növlərinə diqqət yetirəcəyik”, - deyə Vasileva bildirib.

Xatırladaq ki, şənbə günü Minskdə MDB ölkələrinin II Oyunlarının açılış mərasimi olub. 

"Biz möhtəşəm açılış gördük. Əvvəlcə ideya bu idi ki, bu Oyunlar daha çox gənclər üçün olsun, amma indi formatda dəyişikliklər görürük. Düşünürəm ki, biz eyni ruhda davam edəcəyik. Təşkilatçılara dərin baş əyirəm. Hava limanına ilk addımdan bütün belarusların hansı ruhla öz qonaqpərvərliyini nümayiş etdirmək istədiklərini görürsünüz. Biz onların necə qonaqpərvər xalq olduqlarını bilirdik və indi buna daha da əminik”, deyə o, qeyd edib.

MDB ölkələrinin II Oyunları avqustun 4-dən 14-dək Belarusun 11 şəhərində 20 idman növü üzrə keçirilir. Yarışa  Rusiya, Belarus, Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də yarışa qonaq qismində dəvət olunmuş daha 13 ölkədən 2000-dən çox idmançı qatılıb. Oyunlarda 408 Rusiya idmançısı iştirak edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO