Güləşçimiz dünya çempionu olub

Güləşçimiz dünya çempionu olub

Hazırda oxunan: Güləşçimiz dünya çempionu olub

149638

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə mübarizəyə start verilib. 

Yarışda 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Yusif Dursunov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. 

O, ilk görüşündə özbəkistanlı Eldorbek Xasanova tam üstünlüklə (11:0) qalib gəlib. Avropa çempionumuz dörddəbir finalda gürcüstanlı Aleksandr Abramişviliyə gücünü göstərib - 4:1. Yusif yarımfinalda ermənistanlı Henrik Haykyanı 6:2 hesabı ilə üstələyərək adını finala yazdırıb.

Həlledici görüşdə qazaxıstanlı Yedige Kassimbeklə qarşılaşan idmançımız rəqibini 4:2 hesabı ilə məğlub edib. 

Beləliklə, Yusif Dursunov Avropa çempionluğunun ardınca dünya çempionu tituluna da yiyələnib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO