Güləşçimiz dünya çempionatının finalına çıxdı

Güləşçimiz dünya çempionatının finalına çıxdı

Hazırda oxunan: Güləşçimiz dünya çempionatının finalına çıxdı

149536

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.  

Bizim.Media xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə mübarizəyə start verilib. 

Bəşir Verdiyev (48 kq) 1/8 finalda özbəkistanlı Abdumalik Caloldinova 5:8 hesabıyla məğlub olub. Əli Əliyev (55 kq) Cənubi Afrika təmsilçisi Rohan Du Plessisə tam üstünlüklə (12:0) qalib gələrək 1/4 finala yüksəlsə də, bu mərhələdə ermənistanlı Samvel Gevorqyana 7:11 hesabıyla uduzub.  
Mirzəağa Axundov (65 kq) belaruslu Aleksandr Kambayevə tam üstünlüklə (16:5), moldovalı Katalin Spinuya isə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gəlib. Ancaq 1/4 finalda iranlı Sina Xəliliyə 2:11 hesabıyla məğlub olub.

Axundov təsəlliverici görüşdə Samuel Sedlak (Slovakiya) – Vladimir Azaryan (Ermənistan) qarşılaşmasının qalibiylə üz-üzə gələcək. İsmayıl Əsədli (80 kq) 1/8 finalda ermənistanlı Razmik Yepremyana "tuş"la qalib gəlsə də, daha sonra moldovalı Aleksandru Borsa uduzub - 1:3.  

Əsədli təsəlliverici görüşdə israilli Daniel Simonyanla güləşəcək. Yusif Dursunov (110 kq) özbəkistanlı Eldorbek Xasanova tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala yüksəlib. 

Avropa çempionumuz daha sonra gürcüstanlı Aleksandr Abramişviliyə gücünü göstərib - 4:1.

Yusif yarımfinalda ermənistanlı Henrik Haykyanı da 6:2 hesabıyla üstələyərək adını finala yazdırıb.  

Dursunov həlledici görüşdə qazaxıstanlı Yedige Kassimbeklə qarşılaşacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO