Konfrans Liqası: Klublarımız bu gün cavab oyunlarını keçirəcəklər

Konfrans Liqası: Klublarımız bu gün cavab oyunlarını keçirəcəklər

Hazırda oxunan: Konfrans Liqası: Klublarımız bu gün cavab oyunlarını keçirəcəklər

149247

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

Bizim.Media xəbər verir ki, əvvəlcə meydana "Sabah" klubu çıxacaq. Murad Musayevin baş məşqçi olduğu kollektiv "Bank Respublika Arena"da Ltaviyanın RFŞ komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. İlk qarşılaşmada Bakı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

"Neftçi" və "Qəbələ"nin oyunları isə eyni saatda - 21:00-da start götürəcək. "Ağ-qaralar" Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi "Jelezniçar"la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcək.
"Qırmızı-qaralar" isə Kiprdə "Omoniya"nın qonağı olacaq. Qəbələdəki matçda eyniadlı komanda rəqibinə uduzub - 2:3.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunları

3 avqust

20:00. "Sabah" (Azərbaycan) - RFŞ (Latviya)

Baş hakim: Fedayi San (İsveçrə)

İlk oyun - 2:0

"Bank Respublika Arena"

21:00. "Neftçi" (Azərbaycan) - "Jelezniçar" (Bosniya və Herseqovina)

Baş hakim: Balaş Berke (Macarıstan)

İlk oyun - 2:2

8-ci km stadionu

21:00. "Omoniya" (Kipr) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Adam Ladebek (İsveç)

İlk oyun - 3:2

Nikosiya, "GSP Arena"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO