İki güləşçimiz dünya çempionu oldu

İki güləşçimiz dünya çempionu oldu

Hazırda oxunan: İki güləşçimiz dünya çempionu oldu

149224

Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb. 

Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya bildirilib ki, 45 kiloqram çəki dərəcəsində Turan Daşdəmirov və 60 kiloqram çəki dərəcəsində Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

T.Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. R.Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib. 
Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub - 3:1. 

Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kq) mundialı gümüş medalla başa vurub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO