Basketbol millimizin Dünya Seriyasında növbəti rəqibləri MÜƏYYƏNLƏŞDİ 

Basketbol millimizin Dünya Seriyasında növbəti rəqibləri MÜƏYYƏNLƏŞDİ 

Hazırda oxunan: Basketbol millimizin Dünya Seriyasında növbəti rəqibləri MÜƏYYƏNLƏŞDİ 

148967

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsində qadın millimiz və "Neftçi" nin qrupları və oyun təqvimləri müəyyənləşib.  

Bizim.Media xəbər verir ki, 4-5 avqust tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində 14 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.  

Praqa mərhələsində iştirak edəcək qadın millimiz qruplara qalmaq üçün İsveçrə və Çili yığmaları ilə təsnifat oyunları keçirəcək.  

Təmsilçimiz "Neftçi" isə C qrupunda Litva və Latviya milliləri ilə mübarizə aparacaq. Qadın millimiz ilk təsnifat oyununu 4 avqust Bakı vaxtı ilə saat 13:00 -da İsveçrə millisinə qarşı, "Neftçi" klubu isə qrupda ilk oyununu 4 avqust Bakı vaxtı ilə saat 15:40 -da Latviya seçməsinə qarşı keçirəcək.  
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO