“Qalatasaray” SOCAR-la sponsorluq müqaviləsi imzaladı - FOTO

“Qalatasaray” SOCAR-la sponsorluq müqaviləsi imzaladı - FOTO

Hazırda oxunan: “Qalatasaray” SOCAR-la sponsorluq müqaviləsi imzaladı - FOTO

148796

Türkiyənin “Qalatasaray” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında sponsorluq müqaviləsi imzalanıb. Sözləşməni “Qalatasaray” prezidenti Dursun Özbek və “SOCAR Türkiye” şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov imzalayıblar.

Müqavilə üçillik müddətə nəzərdə tutulub. SOCAR əməkdaşlıq çərçivəsində hər il İstanbul təmsilçisinə beş milyon avro ödəyəcək. “Qalatasaray”ın avrokubok matçlarında geyinəcəyi formanın üzərində SOCAR yazısı qeyd olunacaq.

Bizim.Media "Fanatik" nəşrinə istinadən xəbər verir ki, imzalanma mərasimində çıxış edən Elçin İbadov “Qalatasaray”ın Avropada uğurdan uğura gedəcəyinə əminliyini ifadə edib.

Dursun Özbek SOCAR-a təşəkkür edib: “SOCAR qardaş ölkəmiz Azərbaycanın dünya nəhəngi olan bir markasıdır. Avropada yeni uğurlara gedərkən SOCAR-ın yanımızda olması çox dəyərlidir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana prosesi yaxından izlədikləri üçün təşəkkür edirəm. Uzunmüddətli bir əməkdaşlığın ilk addımı olacaq”.

İmzalanma mərasimində iştirak edən “Qalatasaray” futbolçuları - Kerem Aktürkoğlu, Yunus Akgün və Lukas Torreyra dəstəyə görə SOCAR-a təşəkkür ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO