“Neftçi”nin zədəli futbolçusu məşqlərə başladı

“Neftçi”nin zədəli futbolçusu məşqlərə başladı

Hazırda oxunan: “Neftçi”nin zədəli futbolçusu məşqlərə başladı

148693

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 27-də Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçirilmiş “Jelezniçar” – “Neftçi” matçında zədələnmiş futbolçu Ervin Koffi müayinədən keçib.

izim.Media xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: 

“İlkin müayinədən sonra ciddi zədə aşkar edilmədi. Ervin Koffi bu gün fərdi məşqlərə başlayıb. Açıq daban oynağındakı ağrıları olmasa, 1-2 gündən sonra komanda ilə məşqlərə qoşula biləcək”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO