Bakıda FİDE Dünya Kuboku start götürdü: Mükafat fondu 2,5 milyon dollardır - FOTO

Bakıda FİDE Dünya Kuboku start götürdü: Mükafat fondu 2,5 milyon dollardır - FOTO

Hazırda oxunan: Bakıda FİDE Dünya Kuboku start götürdü: Mükafat fondu 2,5 milyon dollardır - FOTO

148646

Marriott Boulevard otelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 10-cu Yubiley Dünya Kuboku start götürüb.

Bizim.Media xəbər verir ki, yarış böyük maraq doğurub, oyunların gedişini Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov izləyirlər.

Bakıda keçiriləт FİDE Dünya Kubokunda açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı iştirak edir. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir.
Azərbaycanı bu turnirdə 17 şahmatçı təmsil edir: Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abbasov, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Vüqar Əsədli, Riad Səmədov, Aydın Süleymanlı, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva.

FİDE Dünya Kuboku 2023-ün oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Turnir avqustun 25-dək davam edəcək. Çempionatın mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO