Xames Rodriges Braziliya klubunda

Xames Rodriges Braziliya klubunda

Hazırda oxunan: Xames Rodriges Braziliya klubunda

148640

Bu ilin aprel ayında “Olimpiakos”dan ayrılandan bəri işsiz olan Xames Rodriqesin yeni iş yeri müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, 32 yaşlı futbolçu Braziliyanın “San Paulo” klubu ilə 2 illik müqavilə bağlayıb. Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xames 2022-ci ilin sentyabr ayında Yunanıstan klubu ilə 1 illik müqavilə bağlamışdı. O, bu komandada 23 oyuna 5 qol vurub.
Rodriqes karyerası ərzində “Enviqado”, “Banfild”, “Portu”, “Monako”, “Real”, “Bayern”, “Everton” və “Əl Rayyan” klublarında da çıxış edib, Kolumbiya yğmasında 90 oyuna 26 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO