“Neftçi”nin rəqibi Bakıya ciddi itkilərlə gəlir

“Neftçi”nin rəqibi Bakıya ciddi itkilərlə gəlir

Hazırda oxunan: “Neftçi”nin rəqibi Bakıya ciddi itkilərlə gəlir

148502

Bosniya və Herseqovinanın “Jelezniçar” komandasının futbolçusu Amar Drina Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri Avropa Konfrans Liqasının cavab oyununu buraxacaq.  

Bizim.Media xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin evdə “ağ-qaralar”la 2:2 hesablı heç-heçə etdikləri ilk qarşılaşmada sarı vərəqə görməsi səbəb olub.  

Bu mövsüm avrokuboklarda 3-cü dəfə rəsmi xəbərdarlıq alan gənc oyunçu cəzalı duruma düşüb.  

Sarayevo təmsilçisinin heyətində başqa itkilər də var. Edin Kokaliç, Edin Rustemoviç və Semir Ştiliç ilk matçda iştirak etməyiblər. İrfan Yaşareviç və Jozef Amoa isə “Neftçi” ilə qarşılaşmada zədələnərək meydanı tərk ediblər.  
Avqustun 3-də 8-ci km stadionunda baş tutacaq cavab qarşılaşmasına saat 21:00-da start veriləcək.  

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO