Boksçularımız Avropa birinciliyini 2 medalla başa vurdu

Boksçularımız Avropa birinciliyini 2 medalla başa vurdu

Hazırda oxunan: Boksçularımız Avropa birinciliyini 2 medalla başa vurdu

148501

Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin döyüşləri keçirilib.  

Bizim.Media xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. 

Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) 1/2 finalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Rəqib qələbə qazandığından boksçumuz yarışı bürünc medalla başa vurub.

İlkanə Əhmədova (+80 kq) da Avropa birinciliyini 3-cü pillədə bitirib. Rumıniyalı Denisa Manu ilə döyüşdə təmsilçimiz məğlub olduğundan rəqib finala yüksəlib.  

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyində final döyüşləri iyulun 30-da keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO