“Qəbələ” “Omoniya”ya uduzdu - VİDEO  

“Qəbələ” “Omoniya”ya uduzdu - VİDEO  

Hazırda oxunan: “Qəbələ” “Omoniya”ya uduzdu - VİDEO  

148289

"Qəbələ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.  

Bizim.Media xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Kipr "Omoniya"sını qəbul edib. 

Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 3:2. 

Görüşdə hesabı Azərbaycan təmsilçisi açıb. 2-ci dəqiqədə Əyyub Əllaş topu rəqib qapısından keçirib. 45+1-ci dəqiqədə Roman Bezus cərimə zərbəsindən fərqlənməklə hesabı bərabərləşdirib. O, 50-ci dəqiqədə standart vəziyyəti növbəti dəfə dəqiq yerinə yetirib. 

62-ci dəqiqədə Əyyub Əllaş özünün və "qırmızı-qaralar"ın ikinci qoluna imza atıb. Bezus 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə het-trik müəllifi olub. Cavab matçı bir həftə sonra Kiprdə olacaq.  
Cütün qalibi növbəti raundda "Midtullan" (Danimarka) - "Proqres" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək. 
 

 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO