“Kəpəz” ciddi islahatlar ƏRƏFƏSİNDƏ – Yeni rəhbərlik və sponsor gəlir 

“Kəpəz” ciddi islahatlar ƏRƏFƏSİNDƏ – Yeni rəhbərlik və sponsor gəlir 

Hazırda oxunan: “Kəpəz” ciddi islahatlar ƏRƏFƏSİNDƏ – Yeni rəhbərlik və sponsor gəlir 

148225

“Kəpəz”in ölkə klubları arasında yeni mövsümə ən zəif heyətlə başlayacağı heç kimə sir deyil. Komanda ciddi transferlər reallaşdırmamaqla bərabər, heç ölkə xaricinə toplanışa da gedə bilmədi.  

Hazırda heyətin gücləndirilməsi vacib olsa da, komanda xüsusilə legionerlərin transferində ciddi problemlər yaşayır. Büdcənin aşağı olması klubun hazırlığına ciddi təsir göstərib. Ancaq klubun pis günləri deyəsən başa çatmaq üzrədir. 

Bizim Media-nın əldə etdiyi məlumata görə yaxın günlərdə Gəncə təmsilçisində ciddi islahatlar gözlənilir.  

Xüsusilə yeni sponsorun komandanı himayəyə götürəcəyi ilə bağlı ciddi məlumatlar var. Belə ki, ölkənin ən varlı və böyük şirkətlərindən biri olan “Azərgold”un “Kəpəz”in əsas himayədarı olacağı gözlənilir. Artıq bununla bağlı uzun müddət aparılan danışıqlar yekunlaşıb.  
Ancaq yeni sponsor klubun rəhbərliyində ciddi islahatlar aparmaq niyyətindədir. Hazırkı rəhbərliklə işləmək istəməyən iş adamları yeni Müşahidə Şurasının yaradılmasını təklif edib.

Burada həm sponsorun nümayəndələri, həm də Gəncənin nüfuzlu şəxsləri, iş adamları təmsil olunacaq.  

Yaxın günlərdə “Kəpəz”lə bağlı ciddi proseslərin olacağı gözlənilir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO