Elmar Baxşıyev: “Daha yaxşı “Qəbələ” görəcəyik”  

Elmar Baxşıyev: “Daha yaxşı “Qəbələ” görəcəyik”  

Hazırda oxunan: Elmar Baxşıyev: “Daha yaxşı “Qəbələ” görəcəyik”  

148123

"Qəbələ" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah doğma meydanda Kiprin "Omoniya" klubunu qəbul edir.  

Bizim.Media xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:  

- Komandadan gedən və gələn oyunçular oldu. Ötən mövsümkü "Qəbələ" ilə, indiki "Qəbələ"ni müqayisə etsəniz, hansı üstün olar? 

- Bəli, çox oyunçu bizi tərk etdi. Amma bu, futboldur. Buna hazır olmaq lazımdır. Hər komandanın başına gələ bilər. Keçmişlə yaşamaq istəmirik. Komanda yenilənib. 4 yoxlama matçı keçirdik. Oyundan-oyuna komanda istədiyimi mənə verməyə çalışır. İnanıram ki, keçən ilkindən daha yaxşı və iddialı olacağıq. 

- "Omoniya"nın müsbət və mənfi cəhətləri hansılardır? 

- Rəqib yaxşı təşkilatlanmış komandadır. Daha çox öz oyunumuz məni düşündürür. İnanıram ki, komandam ən yaxşısını edib nəticə əldə edəcək. 

- Ötən mövsüm "Qəbələ" daha çox hücuma alüdə olurdu ki, bəzən müdafiə yaddan çıxırdı. Qeyd etdiniz ki, güclənmişik. Hücumda, yoxsa müdafiədə daha yaxşı olacaqsız?  

- Ümumi istəyimiz odur ki, daim hücumda olaq. Amma müdafiəsiz hücum olmur. Hər iki aspektdə daha yaxşı olmalıyıq ki, sabah uğurlu nəticə qazanaq. 

- "Qəbələ" də ölkə kubokunu qazanıb, "Omoniya" da. Hansı kubok daha ağırdır?

- Bizim üçün bizim kubok, onlar üçün özlərininki. Amma mən kubokla dəyərləndirmirəm. Komanda ötən mövsüm yaxşı oyun göstərdi. 

- Yeni komandasız. Futbolçular arasında anlaşma hansı fazadadır?  

- Funksional olaraq komanda hazırdır. Hər məşqdə yeniliyi hiss edirik. Məşqdən-məşqə futbolçular özünəinamlı olur. Yeni olsaq da, iddiamız var. Daha yaxşı "Qəbələ" görəcəyik. 

- "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Tbilisi "Dinamo"su ilə matçdan əvvəl demişdi ki, məni 5:0 hesabı qane edəcək. Bəs sabah sizi hansı hesab qane dər?  

- Qriqorçuk hörmət bəslədiyim məşqçidir. "Qəbələ"də çox böyük işlər görüb. Amma məni düşündürəm daha çox oyun keyfiyyətidir. Futbolda udmaq da olar, uduzmaq da. Komanda öz simasını qorumalıdır. İstədiyini meydanda görmək istəyirəm. Bunu görəndən sonra nəticələr də olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO