“Neftçi”nin baş məşqçisi mətbuat konfransı keçirəcək

“Neftçi”nin baş məşqçisi mətbuat konfransı keçirəcək

Hazırda oxunan: “Neftçi”nin baş məşqçisi mətbuat konfransı keçirəcək

148050

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 27-si Bakı vaxtı ilə saat 23:00-da Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu öncəsi bakılıların baş məşqçisi Adrian Mutu və futbolçu Eddi İsrafilovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.  

Bizim Media xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 21:30-da “Qrbaviça” stadionunun mətbuat zalında baş tutacaq. 

Konfransdan sonra – saat 22:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq. 

Eyni məkanda bu gün Bakı vaxtı ilə saat 20:30-da “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç və futbolçu Suleyman Krpiçin iştirakı ilə mətbuat konfransı, 21:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO