Türkmənistan klubu Qəbələdə toplanış keçəcək

Türkmənistan klubu Qəbələdə toplanış keçəcək

Hazırda oxunan: Türkmənistan klubu Qəbələdə toplanış keçəcək

147819

Türkmənistanın "Nebitçi" klubu Azərbaycana təlim-məşq toplanışına gəlir.  

Bizim.Media xəbər verir ki, ölkəsinin yüksək liqasında çıxış edən Balkanabad şəhər təmsilçisi Qəbələdə "Qəbələ" otelində 10 günlük təlim-məşq toplanışında olacaq.  

Türkmənistan təmsilçisi bu müddət ərzində 3 yoxlama oyunu keçirəcək. İyulun 28-də “Araz Naxçıvan”la oynayacaq komanda, avqustun 3-də “Şamaxı” ilə qarşılaşmalıdır. İyulun 25-dəki oyuna isə rəqibin tapılması üçün danışıqlar gedir.  

Qeyd edək ki, "Nebitçi" hazırda çempionatında 3-cü pillədə gedir və liderdən 8 xal geri qalır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO