Basketbolçularımız Albaniyaya da qalib gəldi

Basketbolçularımız Albaniyaya da qalib gəldi

Hazırda oxunan: Basketbolçularımız Albaniyaya da qalib gəldi

147638

Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun oyunları davam edir. 

Bizim.Media xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı üçüncü oyununda Albaniya yığması ilə üz-üzə gəlib. 

Qarşılaşmaya üstün başlayan U-16 yığmamız, rəqibinə 87-67 hesabı ilə qalib gələrək qrupda ardıcıl ikinci qələbəsini qazanıb. U-16 millimizin qrupdakı sonuncu oyunu iddiasız San Marino seçməsinə qarşı olacaq. 
Oyun 24 iyul Bakı vaxtı ilə saat 19:30 -da baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO