Qurban Qurbanovun Polşada mətbuat konfransının vaxtı açıqlandı

Qurban Qurbanovun Polşada mətbuat konfransının vaxtı açıqlandı

Hazırda oxunan: Qurban Qurbanovun Polşada mətbuat konfransının vaxtı açıqlandı

147627

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Rakuv"un qonağı olacaq. 

Bizim.Media Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ" iyulun 25-i saat 11:30-da Polşaya yollanacaq.

Qurban Qurbanovun iyulun 25-i yerli vaxt ilə 19:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransı başlayacaq. Media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə yerli vaxt ilə 20:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Miejski” stadionunda baş tutacaq.
Qeyd edək ki, "Rakuv" - "Qarabağ" matçı iyulun 26-da Bakı vaxtı ilə 22:15-də keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO