Azərbaycan basketbolçuları Avropa çempionatının finalına yüksəldi

Azərbaycan basketbolçuları Avropa çempionatının finalına yüksəldi

Hazırda oxunan: Azərbaycan basketbolçuları Avropa çempionatının finalına yüksəldi

147558

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda Azərbaycan millisi Gürcüstan yığmasına qarşı yarımfinal oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanın U-16 qız yığması yarımfinal oyununda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geri dönüş edərək yekunda Gürcüstan millisinə 74-72 hesabı ilə qalib gəlib.

Bununla da bütün oyunları qalib tamamlayan U-16 qız millisi, Avropa çempionatının finalına vəsiqə qazanıb. Finalda millinin rəqibi Andorra seçməsi olacaq.

Oyun bu gün Bakı vaxtı ilə saat 21:30 -da baş tutacaq və FIBA-nın rəsmi Youtube hesabından canlı yayımlanacaq.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO