“Beşiktaş” Kamerun millisinin üzvünü transfer ETDİ

“Beşiktaş” Kamerun millisinin üzvünü transfer ETDİ

Hazırda oxunan: “Beşiktaş” Kamerun millisinin üzvünü transfer ETDİ

147497

Türkiyənin "Beşiktaş" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Super Liqa təmsilçisi "Lans"dan Jan Onananı rənglərinə bağlayıb. 

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. "Beşiktaş" 23 yaşlı orta xətt oyunçusu üçün Fransa klubuna 4 milyon avro təzminat ödəyib. Kamerunlu futbolçu "qara qartallar"la 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Qeyd edək ki, "Lans" Jan Onananı 2022-ci ilin sentyabr ayında "Bordo"dan transfer etmişdi. Kamerun millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində 23 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO