Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırdı

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırdı

Hazırda oxunan: Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırdı

147106

“Qarabağ” UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıb.

Bizim.Media xəbər verir ki, Ağdam klubu UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”u cavab görüşündə 4:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Hər iki qarşılaşmadakı qalibiyyət sayəsində ölkə reytinqinə 0,500 xal əlavə olunub. Son 5 mövsümdəki ümumi xallarının sayı 14,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.

ÇL-in I raundundan sonra reytinqdə bəzi yerdəyişmələr yaşanıb. İsveç, Sloveniya, Farer adaları, İslandiya və Belarus irəliləyişə nail olublarsa, Yunanıstan, Finlandiya, Bosniya və Herseqovina, Malta, Estoniya və Albaniyada geriləmə müşahidə edilib.
Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO