İyulun 22-də Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürəcək.
Bizim.Media xəbər verir ki, 9 gün davam edəcək yarışa Azərbaycan yığmaları da qatılacaq.
Oğlan boksçuların mübarizəsində baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında Bilalhəbəşi Nəzərov (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev (50 kq), Eldar Abdullazadə (52 kq), Elbrus Kərimli (54 kq), Orucəli Cavadzadə (57 kq), İbrahim Mirhəsən (60 kq), Kənan Aslanlı (63 kq), Abbasqulu Şadlinski (66 kq), Əli Məmişov (70 kq), Mircəlal Mirağayev (75 kq), Hüseyn Hüseynli (80 kq) və İlkin Məmmədli (+80 kq) qüvvəsini sınayacaq.
Qız boksçulardan ibarət komandanı isə qitə birinciliyində rinqə baş məşqçi Yadigar Məmmədov və məşqçi Rafiq İsmayılov çıxaracaq.
Onlar yarışda Banuçiçək Nəsirli (46 kq), Cəmilə Sultanlı (48 kq), İnci Məcidli (50 kq), Mələk Hümbətova (57 kq), Özləm Həsənova (63 kq) və İlkanə Əhmədovaya (+80 kq) şans verəcəklər.
Avropa birinciliyində ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdıyev də yer alacaq. Rumıniyaya bu gün yollanan boksçularımız iyulun 31-də Bakıya qayıdacaqlar.
Qeyd edək ki, birincilikdə püşk iyulun 21-də atılacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:16 / 19.07.2023
Boksçularımız Avropa çempionatında mübarizə aparacaq
Hazırda oxunan: Boksçularımız Avropa çempionatında mübarizə aparacaq
Hazırda oxunan: Boksçularımız Avropa çempionatında mübarizə aparacaq
147067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.