“Qarabağ”ın oyununa 18 500 bilet satılıb

“Qarabağ”ın oyununa 18 500 bilet satılıb

Hazırda oxunan: “Qarabağ”ın oyununa 18 500 bilet satılıb

146988

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la keçirəcəyi oyuna 18 500 bilet satılıb.  

Bu barədə Bizim.Media-ya klubdan məlumat verilib.  

Vurğulanıb ki, bu gün təxminən 68 000 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya bilet satışı davam edir.  

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir. Görüş saat 20:00-da start götürəcək.  

Qeyd edək ki, bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO