Messidən rekord göstərici

Messidən rekord göstərici

Hazırda oxunan: Messidən rekord göstərici

146933
Amerika Kubokunun qrup mərhələsi çərçivəsində Boliviyaya qarşı keçirdikləri oyun Argentina yığmasının hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Sfera.az xəbər verir ki, 34 yaşlı futbolçu ölkəsinin milli komandasında 148-ci matçına çıxıb.

Bununla da İspaniyanın "Barselona” klubunun ulduz futbolçusu Argentina millisinin rekordçusuna çevrilib. Ona qədər Argentina yığmasında ən çox oyun keçirmiş futbolçu Xavyer Maskerano idi – 147 oyun.

Qeyd edək ki, Argentina yığması Boliviyaya 4:1 hesabıyla qalib gələrək qrup lideri kimi növbəti mərhələyə yüksəlib. Bu oyunda komandasının iki qolunu məhz Messi vurub. Bununla da o, millidə vurduğu qolların sayını 75-ə çatdırıb.

Argentina 1/4 finalda Ekvadorla üz-üzə gələcək. Bu görüş iyulun 4-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO