“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçildi

“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçildi

Hazırda oxunan: “Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçildi

146905

“Sumqayıt" Futbol Klubu Avropa Klublar Birliyinə (ECA) üzv seçilib. 

Bizim.Media xəbər verir ki, bu barədə ECA-dan kluba rəsmi müraciət daxil olub.  

Bildirilib ki, klub Birliyin 2023-2027-ci il tsikli üçün Assosiativ üzvlüyünə qəbul olunub. Həmçinin qeyd olunub ki, "Sumqayıt" FK qurumun sentyabrda baş tutacaq Baş Assambleyasına dəvət olunacaq. Məlumat üçün bildirək ki, Assosiativ üzvlərin ECA-nın Baş Assambleyasında iştirak etmək də daxil olmaqla, çox geniş hüquqları var.  
Onlar müxtəlif bölmələrə rəhbərlik üçün namizədlər irəli sürmək, səsvermələrdə iştirak etmək, həmçinin ECA-nın müxtəlif məşvərət orqanlarına (məsələn, İşçi qruplar) müraciət etmək hüququna malikdirlər.  

Qeyd edək ki, 2008-ci ildən fəaliyyətə başlamış ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır.

Birliyin hazırda 330 üzvü vardır ki, bu klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir. Azərbaycan klublarından "Neftçi", "Qarabağ" və "Qəbələ" hazırda qurumun üzvləridir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO