Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı qapıçı ilə anlaşıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümdə bu komandanın qapısını Semir Bukviç qoruyacaq.
1.88 sm boya malik 32 yaşlı qapıçının sonuncu klubu vətənində “Sloboda Tuzla” olub. Əsasən Bosniya və Herseqovina klublarında çıxış edən qolkiper Polşada legioner həyatı yaşayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər legionerlərdən portuqaliyalı Nuno Rodriqes və braziliyalı Vandersonla 1 illik müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:35 / 18.07.2023
Bosniyalı qapıçı “Araz Naxçıvan”da
Hazırda oxunan: Bosniyalı qapıçı “Araz Naxçıvan”da
Hazırda oxunan: Bosniyalı qapıçı “Araz Naxçıvan”da
146790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.