Azərbaycan gimnastları Romada qızıl medal qazandılar - FOTO

Azərbaycan gimnastları Romada qızıl medal qazandılar - FOTO

Hazırda oxunan: Azərbaycan gimnastları Romada qızıl medal qazandılar - FOTO

146485

İtaliyanın paytaxtı Romada bədii gimnastika üzrə “Rome cup” beynəlxalq turnirinə start verilib.

Bizim.Media xəbər verir ki, yarışda ölkəmizi “Ocaq” Sport klubunun 12 gimnastı təmsil edir.

Paytaxtla yanaşı, klubun Zaqatala bölməsinin 2 gimnastı da yarışlarda qüvvəsini sınayır.

Gimnastlarımızdan Nilay Pünhanlı (alətsiz, top), Nərgiz Əliyeva (alətsiz, top), Mişel Aniskina (alətsiz, top), Aylin Yusifli (alətsiz, top), Fatimə Zeynalova (halqa) bütün rəqiblərini üstələyərək qızıl medallar qazanıblar.
Sevindirici haldır ki, Zaqatala təmsilçisi Leyla Həsrətova da ona bəslənilən ümidləri doğruldaraq iki qızıl medal (alətsiz, gürzlər) qazanmağa müvəffəq olub.

Sara Atakişiyeva isə gürzlərlə qızıl, topla bürünc medala sahib çıxıb. Komandanın daha bir üzvü Mələk Mahmudlu gürzlərlə hərəkətlərin icrasında bürünc medal əldə edib.












Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO