\

\"Neftçi\" bu gün \"Fənərbağça\" ilə qarşılaşacaq

Hazırda oxunan: \"Neftçi\" bu gün \"Fənərbağça\" ilə qarşılaşacaq

146324

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Adrian Mutunun baş məşqçi olduğu kollektiv Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gələcək.

"Smena" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

"Ağ-qaralar" ilk matçda Rusiya "Zenit"inə 1:3, daha sonra Serbiyanın "Srvena Zvezda" komandasına 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, "Neftçi" iyulun 18-də yoldaşlıq oyununda Moskva "Spartak"ı ilə görüşəcək. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO