UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 10 görüş keçirilib.
Azərbaycanın “Qarabağ” komandası Cəbəllütariqdə “Linkoln”u 2:1 hesabı ilə məğlub edib.
Ağdam təmsilçisinin II raunddakı potensial rəqibləri olan Polşa “Rakuv”u və Estoniya “Flora”sı isə Çenstoxovada üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Gecənin ən böyükhesablı nəticəsi Maltada qeydə alınıb. İsrailin “Makkabi” (Hayfa) komandası yerli “Hamrun”un qapısından 4 cavabsız top keçirib.
Macarıstan çempionu “Ferentsvaroş” isə Farer adalarında “Klaksvik”in müqavimətini qıra bilməyib.
I təsnifat mərhələsində ilk oyunların hesablarını təqdim edirik:
“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) - 0:1
“Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) - 1:2
“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) - 0:0
“Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) - 2:1
“Rakuv” (Polşa) - “Flora” (Estoniya) - 1:0
“Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) - 0:4
“Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) - 2:0
“Şemrok Rovers” (İrlandiya) – “Breydablik” (İslandiya) - 0:1
“Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan) - 0:0
“Partizani” (Albaniya) - BATE (Belarus) - 1:1
Bu mərhələnin digər 5 oyunu iyulun 12-də təşkil ediləcək. Cavab qarşılaşmaları isə iyulun 18-19-da olacaq.
Bizim.Media