“Qarabağ” Çempionlar Liqasına qələbə ilə BAŞLADI - VİDEO 

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə BAŞLADI - VİDEO 

Hazırda oxunan: “Qarabağ” Çempionlar Liqasına qələbə ilə BAŞLADI - VİDEO 

145749

Futbol üzrə Çempionlar Liqasında ilk təsnifat mərhələsinin oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə Cəbəllütariq çempionu “Linkoln” komandası ilə qarşılaşıb.

Səfərdə keçirilən oyuna Ağdam təmsilçisi yaxşı başlamayıb. 25-ci dəqiqədə “Qarabağ”ın müdafiə xəttindəki boşluqdan istifadə edən meydan sahibləri hesabı açıblar.

İlk hissə “Linkoln”unminimal hesabı qələbəsi ilə başa çatıb. İkinci hissəyə fəal başlayan Qurban Qurbanovun komandası bərabərliyi təmin edib. 58-ci dəqiqəqə Zubirin ötürməsindən sonra Redon Cica fərqlənib. Bundan sonra da üstünlüyünü davam etdirən “Qarabağ” hakimin artırdığı 4-cü dəqiqədə qələbə topunu vurub.
Qara Qarayevin ötürməsindən sonra Yasin Benzia topu qapıya göndərib. Beləliklə “Qarabağ” səfərdə “Linkoln”u 2-1 hesabı ilə məğlub edib. Bu komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya stadionunda olacaq. 

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

19:30 Linkoln (Cəbəllütariq) - Qarabağ 1:2

Qollar: Kike Gomes, 25 - Redon Cica, 58, Yasin Benzia, 90+4

“Linkoln”: Dayl Kolinq, Abdul Ayu, Jak Sergent, Bernardo Lopes, Mario Maroto, Mustafa Yahaya, Armando Sosa Pena, Etan Britto, Liam Uolker, Kike Qomez, Xuan Dominqez Riko

"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Kevin Medina, Bəhlul Mustafazadə, Marko Veşoviç, Leandro Andrade, Julio Romao, Marko Yankoviç, Nəriman Axundzadə, Abdullah Zubir, Redon Cica

Baş hakim: Vitaliys Spasyonnikovs
 

 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO