"Qarabağ" Çempionlar Liqasında bu gün ilk oyununa çıxır

Hazırda oxunan: "Qarabağ" Çempionlar Liqasında bu gün ilk oyununa çıxır

145587

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 10 görüş keçiriləcək.

Azərbaycan çempionu "Qarabağ" Cübüllütariqdə "Linkoln"un qonağı olacaq.

Ağdam təmsilçisinin II raunddakı potensial rəqibləri olan Polşa "Rakuv"u və Estoniya "Flora"sı isə Çenstoxovada üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

11 iyul

19:00. “Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina)

19:30. “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan)

20:00. “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya)

22:00. “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya)

22:00. “Rakuv” (Polşa) - “Flora” (Estoniya)

22:00. “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail)

22:45. “Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan)

22:45. “Şemrok Rovers” (İrlandiya) - "Breydablik" (İslandiya)

22:45. “Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan)

22:45. “Partizani” (Albaniya) - BATE (Belarus)

Qeyd edək ki, bu mərhələnin digər 5 oyunu iyulun 12-də təşkil olunacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO