Qurban Qurbanov: “Bəzi çatışmazlıqlar ola bilər”

Qurban Qurbanov: “Bəzi çatışmazlıqlar ola bilər”

Hazırda oxunan: Qurban Qurbanov: “Bəzi çatışmazlıqlar ola bilər”

145560

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqin "Linkoln" klubunun qonağı olacaq. 

Bizim.Media xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlama verib:

“Yeni mövsümdə ilk rəsmi oyunumuzdur. Hazırlığımız yaxşı keçdi. Futbolçular tam olaraq idman formasında deyillər, amma yaxşılığa doğru gedirlər. İlk qarşılaşmada çatışmazlıqlar ola bilər. Çalışacağıq ki, sabah çox səliqəli oynayaq. Meydan süni örtükdür. “Linkoln”u tam yaxından tanıya bilmədik. Rəqibdə dəyişikliklər olub. Onların qol vurma və oyunu idarə etmə bacarığı olan futbolçuları var. Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, düzgün və dəqiq oynayaq. Futbolçularımın bunu bacaracağına inanıram”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO