Çempionlar Liqası:

Çempionlar Liqası: "Qarabağ" Cəbəllütariqə yollandı

Hazırda oxunan: Çempionlar Liqası: "Qarabağ" Cəbəllütariqə yollandı

145389

"Qarabağ" İspaniyanın Marbelya bölgəsindəki hazırlığını başa vurub. 

Bizim.Media xəbər verir ki, komanda bu gün də Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı "Linkoln"la ilk oyun üçün Cəbəllütariqə yola düşüb. Ağdam təmsilçisi Marbelyadan Cəbəllütariqə avtobusla gedib. Marbelyadan Cəbəllütariqə məsafə avtobusla 40-60 dəqiqə arasıdır.

Qeyd edək ki, iyulun 11-i keçiriləcək "Linkoln" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu komandalar arasında cavab oyunu iyulun 19-u olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO