“İrəvan” “Neftçi”nin keçmiş hücumçusunu transfer edir

“İrəvan” “Neftçi”nin keçmiş hücumçusunu transfer edir

Hazırda oxunan: “İrəvan” “Neftçi”nin keçmiş hücumçusunu transfer edir

145340

2022/23 “futbol ili”ndə “Səbail”in uğurları üçün tər tökən Mirabdulla Abbasov yeni mövsümə birinci liqada başalaya bilər. 

Bizim.Media xəbər verir ki, 28 yaşlı hücumçu liqanın debütantı “İrəvan”dan təklif alıb.

Komandanın baş məşqçisi Elbrus Məmmədov “Neftçi”nin sabiq forvardının xidmətində maraqlıdır. Ancaq Mirabdulla birinci liqa təmsilçisinin təklifinə hələ konkret cavab verməyib. 

Futbolçu Tükiyə klublarının biri ilə danışıq apardığını qarşı tərəfin diqqətinə çatdırıb. Əgər o, qardaş ölkə təmsilçisi ilə ortaq məxrəcə gələ bilməsə “İrəvan”ın təklifini müsbət dəyərləndirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO