Azərbaycan klubunun İdarə Heyətinə yeni sədr seçildi

Azərbaycan klubunun İdarə Heyətinə yeni sədr seçildi

Hazırda oxunan: Azərbaycan klubunun İdarə Heyətinə yeni sədr seçildi

145277

Ehtiram Quliyev “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib. 

Bizim.Media xəbər verir ki, 11 fevral 2023-cü il tarixdə Ehtiram Quliyevin təsisçisi və direktoru olduğu “Huner Group” klubun baş sponsoru olub. 

44 günlük Vətən müharibəsinin başladığı ilk gündən ordumuza öz dəstəyini göstərmək üçün bütün imkanlarını səfərbər edib. Xidmətlərinə görə Ehtiram Quliyev Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.  
Bundan əlavə, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO