Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçuyla anlaşıb.
Bizim.Media xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçi Vensan Till ilə 2 illik müqavilə bağlanıb.
23 yaşlı futbolçu Fransanın “Mets” klubunun yetirməsidir. O, karyerası ərzində bu klubun əsas və əvəzedici komandasında (2016-2018), həmçinin Fransanın “Po” (2018-2019), “Orleans” (2019-2020), Portuqaliyanın “Nasional” (2020-2021) klublarında çıxış edib.
2021-ci ildə Ukraynanın “Vorskla” klubuna transfer edilən futbolçu, son iki mövsümdə icarə əsasında İsveçin “Örebro” (2022) və AİK (2022-2023) klublarında oynayıb.
Lüksemburq millisinin də üzvü olan Till, yığma komandanın heyətində 48 oyun keçirib, 3 qola imza atıb. Yeni transfer “Sabah”da 12 nömrəli formada çıxış edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:15 / 08.07.2023
"Sabah” yeni transferini açıqladı - VİDEO
Hazırda oxunan: "Sabah” yeni transferini açıqladı - VİDEO
Hazırda oxunan: "Sabah” yeni transferini açıqladı - VİDEO
145216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.