Rumıniya klubu Mutu üçün “Neftçi”dən 200 min istəyir 

Rumıniya klubu Mutu üçün “Neftçi”dən 200 min istəyir 

Hazırda oxunan: Rumıniya klubu Mutu üçün “Neftçi”dən 200 min istəyir 

145031

Rumıniyanın “Rapid” klubunun səhmdarlarından biri olan Viktor Antxelesku “Neftçi”nin baş məşqçi Adrian Mutu ilə maraqlandığını təsdiqləyib.  

Bizim.Media xəbər verir ki, o, yerli mətbuata açıqlamasında 44 yaşlı mütəxəssisin böyük ehtimalla Bakı klubuna keçəcəyini bildirib.  

Klub funksioneri deyib:  

“Mutunun bizimlə müqaviləsi var. Qarşı tərəf 200 min avro təzminat məbləğini ödəsə, onu buraxmağa hazırıq. Amma hələlik klub daxilində bu məsələni müzakirə etməmişik”.  
Qeyd edək ki, “Neftçi”yə son olaraq Laurentsiu Regekampf başçılıq edib. Rumıniyalı mütəxəssis ötən ay istefaya göndərilib. Lakin onun xələfi hələ də təyin olunmayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO