Güləşçimiz Avropa çempionatının FİNALINDA 

Güləşçimiz Avropa çempionatının FİNALINDA 

Hazırda oxunan: Güləşçimiz Avropa çempionatının FİNALINDA 

144985

Macarıstanın Kaposvar şəhərində güləş üzrə U-15 Avropa çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, ilk yarış günündə qızlar mübarizəyə başlayıb.  

Əfsanə İslamova (39 kq) təsnifat mərhələsində Lara Blazekoviçə "tuş"la məğlub olub.Nəzrin Əhmədli (42 kq) polşalı Nina Mayşraka 5:4, rumıniyalı Elektra Qarayakuya isə 8:7 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.  

Nəzrin finalın bir addımlığında rusiyalı Yelizaveta Krılovaya "tuş"la uduzub. Əhmədli bürünc medal uğrunda Emine Ayrac (Türkiyə) - Mariya Qkika (Yunanıstan) görüşünün qalibiylə qarşılaşacaq. Esra Məmmədli (46 kq) xorvatiyalı Ayla Kadriyiyə və rumıniyalı Orsolya Soverə "tuş"la qalib gəlib. Məmmədli daha sonra rusiyalı Polina Boçkarevanı 3:2 hesabıyla üstələyərək yarımfinala yüksəlib.  
Esra belaruslu Ella Sudkoya tam üstünlüklə (10:0) qalib gəlib. Məmmədli finalda macarıstanlı Mariya Jitovozla güləşəcək. Fidan Babayeva (58 kq) təsnifat mərhələsində macarıstanlı Sofi Ritterə müqavimət göstərə bilməyib - 0:10.  

Rəqib finala yüksəldiyi üçün təmsilçimiz mübarizəni davam etdirmək şansı qazanıb. Babayeva təsəlliverici görüşdə rusiyalı Liliya Yermoxinayla üz-üzə gələcək. Milana Bağırzadə (62 kq) 1/4 finalda macarıstanlı Reka Bereçkiyə 0:3 hesabıyla uduzub. Təsəlliverici və medal görüşləri iyulun 7-də keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO