Daha bir ağırlıqqaldıranımız Avropa üçüncüsü olub - FOTO 

Daha bir ağırlıqqaldıranımız Avropa üçüncüsü olub - FOTO 

Hazırda oxunan: Daha bir ağırlıqqaldıranımız Avropa üçüncüsü olub - FOTO 

144784

Azərbaycan ağırlıqqaldıranı Yunis Bayramov Moldovanın paytaxtı Kişineuda keçirilən yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb. 

Ağır Atletika Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yaşı 15-ə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 99 kq-ı ram edib və bu hərəkətdə yarışın bürünc mükafatçısı olub. 

Təkanla qaldırmada 112 kq-ın öhdəsindən gələn atlet həm bu hərəkətdə, həm də yekun sıralamada 211 kq (99+112) nəticə ilə 4-cü yeri tutub. 

Qeyd edək ki, daha əvvəl Turan Əliyev (67 kq) yaşı 17-yə qədər olan oğlanlar arasında Avropa üçüncüsü olub. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO